EN
Upload video

Qaxda çay daşdı

5 views Incidents
Qaxa yağan güclü leysan nəticəsində Qapıçay çayı daşıb, həyətləri, evləri və ictimai iaşə obyektlərini su basıb.

Ötən gün axşam saatlarından müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün səhər saatlarına qədər davam edib. Rayon ərazisində güclü küləklə müşahidə olunan leysan başlayıb. Nəticədə yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub. Qapıçay çayında suyun səviyyəsi artdığından daşqın baş verib. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisini su basıb. Bundan başqa Marsan kəndində sel suları fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə dolub.

Güclü külək və leysan yağışı nəticəsində taxıl, tütün, qarğıdalı və digər kənd təsərrüfatı sahələrinə zərər dəyib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.