EN
Upload video

Qardaş bacısını görün nə üstə güllələdi

812 views Incidents
Sumqayıtda qardaş odlu silahla bacısını güllələyib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Belə ki, Mirzə Babazadə evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı Ramilə Məmmədovaya xəsarət yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzə Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb. Ağır xəsarətlər alan Ramilə Məmmədova xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.