Qadın hamamda öldü
615 views
Incidents
Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.