EN
Upload video
Paytaxtda bina çökür

This video cannot be played right now.

Paytaxtda bina çökür

460 views Incidents
Bakı şəhəri, Xətai rayonu, General Əliağa Şıxliniski küçəsi 42 ünvanında yerləşən bina çökür.

BAXAR.AZ xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin evləri bir neçə gündür Xətai Rayon İcra Hakimiyyətinin başçılığı ilə sökülür. Binanın qəzalı vəziyyətdə olması əsas gətirilərək bir neçə gündür səhər saatlarından bina sökülməyə başlayıb. Heç bir məhkəmə qərarı olmadan sökülən binanın yüzlərlə sakini əraziyə gətirilmiş texnikanın qarşısını kəssə də, heç bir müsbət nəticə əldə edə bilməyiblər.

Hazırda BAXAR.AZ-a verilən məlumata görə binanın bir hissəsində çökmə prosesi gedir. 50-ə yaxın sakinin həyatı isə təhlükədədir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.