Partlayışda 23 koronaviruslu xəstə ölüb
2 302 views
Incidents
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada partlayış baş verib.
Bu barədə Oxu24.com “Sky News Arabiya” portalına istinadən xəbər verir.
Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Nəticədə infeksiyadan müalicə alan 23 nəfər dünyasını dəyişib.
Yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.