EN
Upload video

Metroda gənci belə döydülər

20 views Incidents
Üç nəfər metro qatarına minir və qızlara sataşmağa başlayır. Sərnişinlərdən biri onlara narazılığını bildirir və hücuma məruz qalır.

Ölkə.Az xəbər verir ki, hadisə Rusiyada, İzmailovskaya və Pervomayskaya stansiyaları arasında baş verib.

21, 22, 26 yaşlarında olan gənclər onlara etiraz edən şəxsi vəhşicəsinə döyür, ona kömək etmək istəyənlərin isə üstünə şığıyırlar.

Rusiya polisi hadisədən sonra həmin şəxsləri saxlayıb və onlar əməllərinə görə üzr istəyib

Hələlik 2 ay müddətinə azadlıqdan məhrum ediliblər, fakt araşdırılır.

Zərərçəkən 25 yaşlı Roman Kovalev xəstəxanaya yerləşdirilib.

İnsanlar isə ona dəstək olmağa başlayıb və kartına pul göndərirlər, çünki o, yaxın gələcəkdə işə gedə bilməyəcək.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.