EN
Upload video

Kollecdə atışma: 2 ölü, 3 yaralı

303 views Incidents
Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat və Kommunal Kollecində silahlı insident baş verib.



Sfera.az bildirir ki, tələbələrdən biri özü ilə tüfəng gətirib və yoldaşlarına atəş açıb.



Şahidlərin sözlərinə görə, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. O, otaqdan çıxıb və geriyə tüfənglə qayıdıb.



Atəş nəticəsində bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.



Qətli törədən şəxs polisə silahlı müqavimət göstərib və sonra intihar edib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.