EN
Upload video

İt uşağı bu hala saldı

116 views Incidents
Rusiyda it uşağı dişlədi.



Kamçatkada ağızsız gəzən amerikalı bulldoq 14 yaşlı uşağı dişləyib.



Oxu24.com xəbər verir ki, vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.



Gəzərkən bulldoq qəfildən uşağa hücum edərək, onun qollarını və ayaqlarını dişləməyə başlayıb. Oğlanı yoldan keçənlər - orta məktəb şagirdi və qız xilas edib.



"Oğlan itin hücumu nəticəsində qolundan və ayağından xəsarət alıb. Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib", - prokurorluqdan bildiriblər.



İdarə itin sahibi ilə bağlı araşdırmalara başlayıb.
​



Müəllif: Nigar

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.