Güclü zəlzələ Rusiyanı silkələdi
205 views
Incidents
Rusiyanın İrkutsk şəhərində güclü yeraltı təkanlar baş verib. Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi məlumat yayıb. Bildirilir ki, şəhərdə 5 bal gücündə zəlzələ baş verib. Şəhər sakinləri zəlzələni hiss edib və ev əşyalarının silkələnməsini lentə alıblar. Dağıntılar və itkilər barədə məlumat verilməyib.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.