EN
Upload video

Gəncədə 20 yaşlı gənc qətlə yetirildi

29 views Incidents
Gəncədə qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun xəbərinə görə, gecə saat 01.00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb.

Xəstəxanaya aparılsa da, onun artıq öldüyü məlum olub. Küçədə meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Vicay Qabil oğlu Cəmşidzadə olduğu müəyyənləşib.

Hadisəni törədənin kimliyi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.