Eyni kənddə eyni vaxtda iki tövlə yandı
3 views
Incidents
Gecə saatlarında Zaqatala rayonunun Mosul kəndində sakinlərə məxsus iki mal tövləsi ard-arda eyni vaxtlarda yanıb. Hadisənin bilərəkdən törədilməsi ehtimalı üzərində araşdırmalar aparılır. Birinci yanğın hadisəsi saat 02:30 radələrində Hüseyn Abdullayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 100 kv/m olan mal tövləsində baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 7 ton quru ot kütləsi yanıb. Ev sahibləri Bakı şəhərində yaşadıqları üçün,hadisə baş verən zaman evdə heçkəs olmayıb. Yanğını ilk görən də elə qonşular olub. Digər yanğın hadisəsi isə saat 03:40 radələrində Rəhman Əhmədovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 90 kv/m olan mal tövləsində baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları 60 kv/m-lik sahədə və çardağına yığılmış quru ot kütləsi yanaraq yararsız hala düşüb. Yanğınların söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının hansı şəkildə baş verməsi aparılacaq araşdırmalardan sonra dəqiq bəlli olacaq.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.