This video cannot be played right now.
Əsgərimizə arxadan vurulan zərbə
533 views
Incidents
Artıq bir aydan çoxdur ki, şanlı Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi üçün düşmənlə çarpışır. Hər birimizin gözü-qulağı cəbhədən gələn xəbərlərə dikilib. Çoxumuzun əli-ayağı işə yatmır, fikrimiz ancaq döyüş bölgəsindədir. İşğaldan azad olunan kəndlərin, şəhərlərin adları açıqlandıqca hamılıqla sevinir, qəhərlənir, əsgərimizin tezliklə bütün torpaqları işğalçılardan azad etməsi üçün dualar edirik. Təəssüf ki, Azərbaycan xalqının yumruq kimi birləşdiyi bu günlərdən sui-istiqadə edən, öz mənfəətini güdən şəxslər də var. Cəmiyyətdə hər kəsin diqqətinin döyüş bölgələrinə yönəldiyini bilən bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edib qanunsuz tikinti işlərinə start veriblər. İronik vəziyyətə fikir verin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin səfərbərliyə çağırılan onlarla əməkdaşı bu gün döyüş meydanında düşmənlə çarpışır, torpaqlarımızın işğaldan azad edilməsi üçün qan tökür, lakin özünü “Qarabağ qazisi” adlandıran bir qrup şəxs cəbhədə olan mühafizəçilərin yoxluğundan istifadə edib neft sənayesinə aid torpaqları zəbt edərək qanunsuz ev tikib satmaqla məşğul olur. Belə ki, bir müddət öncə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərinin mühafizə ərazisində - Balaxanı qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanında boş torpaq sahəsinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparıldığını aşkar ediblər. Ətrafda yaşayan insanların dediyinə görə tikinti sahibi Hacıyev Azay Abbas oğludur. O qanunsuz tikintini başa çatdıra bilməyəcəyini görüb işləri bir qrup əlilə həvalə edib. Sakinlərin sözlərinə görə həmin şəxslər Qarabağ müharibəsi əlili olduqlarını deyirlər və tikintini dayandırmaq istəyən şəxslərə bu yolla hədə-qorxu gəlirlər. Təxminən 9-10 nəfərdən ibarət olan bu dəstənin üzvləri hər gün tikinti gedən əraziyə baş çəkir. Həmin əraziyə yaxın ünvanada yaşayan şəxslərdən birinin dediyinə görə, heç polis əməkdaşları belə onların tikinti işlərinə müdaxilə edə bilmir, onlar dərhal hay-küy salıb münaqişə yaradırlar və bununlada guya Qarabağ əlillərini döyürlər görüntüsü yaratmağa çalışırlar. O bu fikirlərini təsdiq etmək üçün bizə əlillərlə polis əməkdaşlarının mübahisəsini əks etdirən video da göstərdi.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.