Dəhşətli yanğında 36 nəfər öldü
67 views
Incidents
Cənubi Koreyanın Gyeonggi bölgəsində bir tikinti binasında yanğın olub. Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 36 işçi həyatını itirib, 10 nəfər ağır yaralanıb. Yanğın sürətlə yayılıb və bir anda içərini qara tüstü bürüdüyünə görə işçilərin əksəriyyəti həlak olub. Yanğının tezalışan uretan adlı kimyəvi maddənin partlaması nəticəsində baş verdiyi ehtimal edilir. Hazırda ərazidə xilasetmə işləri görülür. Ölü sayının artacağı istisna edilmir.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.