Çində zəlzələ - 4 ölü, 23 yaralı
30 views
Incidents
Çinin Yunnan əyalətində 5 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb. Yeraltı təkanlar yerli vaxtla saat 21:47-də Çjaotun şəhər dairəsinin Tsyaotszya qəzasında qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra yerli hakimiyyət operativ şəkildə xilasetmə işləri təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyyə edilib. Təxliyyə edilənlərin sayı hələlik açıqlanmır.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.