Bakıda şok:Ana və bala öldü
278 views
Incidents
Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib. APA TV xəbər verir ki, hadisə fevralın 6-da 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb. Belə ki, yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, naməlum səbəbdən uşağını itirən yeniyetmə reanimasiyaya yerləşdikdən sonra dünyasını dəyişib. Məsələ ilə bağlı Xəstəxanadan APA-ya verilən açıqlamaya görə, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb", - deyə xəstəxanadan bildirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.