EN
Upload video

Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib

11 views Incidents
Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.



"Nissan” markalı minik avtomobili metronun "20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman "Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.



Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər.



Qəza nəticəsində 2 nəfər xəsarət alıb.



Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. (report)

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.