Bakıda avtobus qəza törətdi
2 258 views
Incidents
İyunun 22-də Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Redaktor.az xəbər verir ki, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Qəsəbələrarası fəaliyyət göstərən marşrut avtobusu ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Əraziyə DYP əməkdaşları cəlb edilib. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanın olmadığı bildirilir. Hadisənin təfərrüatı araşdırılır.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.