Azərbaycanlı ər arvad koronavirusdan öldü
388 views
Incidents
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb. Bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib. İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir. Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.