EN
Upload video

Azərbaycanda qəza: Polis yaralandı

778 views Incidents
Bakıda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Nizami rayonunda, "Maşın bazarı" adlanan ərazidə qeydə alınıb.

"Range Rover" markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub.

Bundan sonra" Range Rover" səkiyə aşıb.

Qəzadan sonra "Range Rover"in sürücüsü hadisə yerindən yayınıb. "Opel"də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.