EN
Upload video
Azərbaycanda polis oğruya atəş açdı

This video cannot be played right now.

Azərbaycanda polis oğruya atəş açdı

2 180 views Incidents
Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

Sonxeber.az Report.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.