EN
Upload video

Azərbaycanda dəhşət: Yaralılar var

898 views Incidents
Kürdəmir rayonunda yol qəzası baş verib.

Oxu24.com xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.