EN
Upload video
Ata oğlunu həyətdə öldürdü
18+

This video is for viewers aged 18 and over.

Back to the home page

18+ Ata oğlunu həyətdə öldürdü

7 114 views Incidents
Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, ata 35 yaşlı oğulu güllələyərək öldürüb. Hadisə rayonun Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 35 yaşlı Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb. Qonşuların dediyinə görə, bu vaxta kimi ailə həyatı qurmayan Elkən Şəmiyev Moskvada narkotik vasitələrin alğı-satqısı ilə məşğul olduğu üçün 9 il yarım məhkumluq həyatı yaşayıb. Bu hadisə ailədə uzun müddət xoşagəlməz söhbətlərə səbəb olub. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.