EN
Upload video

Ağdamda 6 otaqlı evdə yanğın baş verib

391 views Incidents
Ağdamda 6 otaqlı evdə yanğın baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Kiçikli kəndində qeydə alınıb.

Kənd sakini Elmin Paşayevin sözlərinə görə, evində baş verən yanğına səbəb mətbəxdəki soba olub: “Evdə yox idik, qazın üstünə yemək qoyublar yeməkdə daşıb tökülüb yerə. Döşəmə yanıb sora keçib tavana. Altı otaqlı evin 3 otağı bizim, 3 otağı əmimindir. Yanğın bizdən bu tərəfə keçmədi, biz tərəf tamam yandı. 3 dənə otaq təmiz sıradan çıxdı”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki maşını və işçi qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.