İmişlidə faciə: Ata 4 yaşlı oğlunu öldürdü

  • 20.12.2017
  • 0

İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub. Məlumata görə, A.Rüstəmov avtomobili arxaya doğru hərəkət etdirərkən oğlu 4 yaşlı Feyruz nənəsinin əlindən çıxaraq qaçıb və avtomaşının altında qalıb. Uşaq hadisə yerində ölüb. Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?