Uşaqlar məktəbəqədər təhsilə niyə cəlb olunmur? — Səbəblər

  • 19.12.2017
  • 0

Azərbaycanda 1-5 yaşlı uşaqların kənd yerlərində 7%-nin, şəhər yerlərində isə 21% faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var. Oxu.Az-ın Xəzər TV-yə istinadən xəbərinə görə, bu məlumat Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatında əksini tapıb. Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində təhsil alanların sayı artsa da, hələlik bu amil arzuolunan səviyyədə deyil. Hesabatda həmçinin qeyd olunur ki, özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir. Yeni proqram isə bu valideynlərin özlərinin övladlarını inkişaf etdirməyə kömək edəcək. “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində bakı şəhərində və 10 rayonda 50 icma seçilib. Hər icmadan orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Qeyd edək ki, layihə YUNİSEF-in maliyyə dəstəyi ilə təhsil institutu tərəfindən icra olunur.

Nə düşünürsən?