Gülüş hədəfinə çevrilən yeni sözlər

  • 31.10.2017
  • 0

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının bəzi alınma sözlərə Azərbaycan dilində təklif etdiyi qarşılıqlar sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova daha sonra açıqlamasında açıqlamasında həmin sözlərin sadəcə təklif kimi səsləndirildiyini və hələ təsdiqlənmədiyini vurğulasa da dilə yatımlı olmayan bu əvəzləyicilər ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı bunlardır: “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, “maus” – “bələdçi”.

Nə düşünürsən?