Vanetsyan: Putin sözünü dedi, hərəkətə keçməliyik

  • 19.11.2020
  • 63 baxış
  • 0

Moskva müxalifətin tələbləri fonunda Nikol Paşinyanın vəzifədən istefası ilə bağlı Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib. Vanetsyan Paşinyanın istefasını ölkənin siyasi qüvvələrinin təkbaşına həll etməli olduğunu bildirib: “Moskvanın müdaxilə etdiyini və ya Ermənistanın daxili işlərinə qarışmaq istəyi olduğunu düşünmürəm. Paşinyanın istefası məsələsinə Ermənistanın siyasi qüvvələri qərar verməlidir”. Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı məlum Bəyanatından sonra erməni müxalifəti hakimiyyətə qarşı kəskin etirazlara və istefa tələblərinə başlayıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin Paşinyana ünvanlanan xəyanət ittihamlarının əsassız olduğunu bəyan etməklə bərabər, hazırda Ermənistandakı prosesləri ölkənin daxili işi adlandırıb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?