USAID, NED, Marşall Fondu, IREX və digər onlarla amerika təşkilatı... Güya “demokratik inkişafa dəstək vermək” adı altında fəaliyyət göstərən bu qurumlarla ABŞ əslində bəzi ölkələri nəzarətdə saxlayır. bu cür donor institutlar, yardım fondları yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər. elə bu yaxınlarda məlum oldu ki, USAID Tiflisdə “yerli QHT-lərlə birgə” “xəstələrə humanitar yardım göstərilməsi” mövzusunda təlimlər keçirib.. əslində isə təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” öyrədilib.
USAID Azərbaycanda da milyonlarla dollar məbləğində layihələr həyata keçirib. Belə layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır”. Qərbin indiki məqamda Qarabağətrafı rayonlarda “13-18 yaş arası yeniyetmələri təlimatlandırmasında” məqsədi nədir? Fikrimizcə, təlimlərin məxsusi olaraq Qarabağətrafı rayonların gəncləri üçün nəzərdə tutulması özü-özlüyündə layihə müəlliflərinin əsas məramını ortaya çıxarır.
Belə görünür ki, USAID təkcə KİV, QHT sektoruna, müxalifət partiyaları platformalarına müdaxilə etməklə kifayətlənmir. “Feministlər”, “gənclər” və digər bu kimi sosial zümrələr üzərindən cəmiyyətə birbaşa çıxış əldə edir. Azərbaycanda “radikal feminizm”in təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edirlər. bu qurumlar təkcə informasiya platformalarında çalışmırlar. Zərurət olanda, radikal feministlər qismində küçələrə çıxıb etiraz aksiyaları keçirir, siyasi tələblərə qoşulurlar. məsələn Sevinc Vaqifqızı “milli feministlər”in liderləri sırasındadır, radikal feminizmin təşkilatlandırılıb işlək hala gətirilməsində rol alıb. Amma o, paralel olaraq, anti-Azərbaycan məzmunlu dezinfomasiyaların tirajlanmasını həyata keçirən Abzas.net xəbər portalının baş redaktorudur. digər bir fakt - “Toplum TV”nin redaksiyası “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, “Toplum TV”nin “Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib. Nəzərə alaq ki, Toplum TV-nin hazırkı baş redaktoru Xədicə İsmayıl da Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi ilə sıx əməkdaşlıq edən şəxslərdən biridir. Beləliklə, çevrə tamamlanır. Bəlli olur ki, Abzas.net şəbəkəsi, Toplum TV şəbəkəsi, “Demokratik Təşəbbüslər İnstitutu” və onların ətrafında olanlar ABŞ-n dırnaqarası demokratik təsisatlarının Azərbaycan üzrə yerli filialı rolunda fəaliyyət göstərirlər.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsinin Azərbaycana qarşı necə münasibət bəslədiyi hər kəsə bəllidir. qurum USAID və Soros Fondunun “müştərək layihəsi” kimi ortaya çıxıb. ABŞ 2016, 2018 və 2021-ci illərdə bu layihə vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası apara bilib. “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoymağa çalışıblar.
Göründüyü kimi, ABŞ-nin təxribat maşını indi təkcə siyasi partiyalar, siyasi fiqurlar üzərində iş qurmur, əksinə, qondarma QHT və KİV-lərdən ibarət yığcam, çevik dəstələr formalaşdırır, bu qrupların ipini öz əlində saxlayır. Zərurət yarananda, onları bir araya gətirir, əksi lazım olanda, müstəqil şəbəkələr kimi aktivləşdirir. Bu qrupları həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edir.
ABŞ bu təxribatçı kampaniyaların uğurlarından ruhlanıb, USAID-in direktoru ermənipərəst Samanta Pauerin dili ilə 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb.
Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Samanta Pauer tərəfindən elan edilmiş bu proqram əslində ABŞ-nin yeni “məxməri inqilablar” strategiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təlatümlər gözləyir.
Qeyd edək ki, Azərbaycan 2014-cü ildən etibarən “Qrant haqqında qanunu” sərtləşdirib, milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edib. İndi bəlli olur ki, milli maraqlarla ziddiyyət təşkil edən qrant vəsaitləri nəinki məhdudlaşdırılmayıb, əksinə, cəmiyyətin daha dərin qatlarına işləyib. Görünən budur ki, Qərb institutları qanunsuz qrantların ölkəyə gətirilib realizə olunması üçün variantları yeniləyiblər. demək, onlarla mübarizə də daha dəri səthlərə enməlidir.