Ukrayna hərəkətə keçdi: Belə bombalanır

  • 25.03.2021
  • 0

Ukrayna separatçı qüvvələrə qarşı bu təcrübədən ilk dəfədir istifadə edir; xarici işlər naziri: “ Putin ancaq güc dilindən başa düşür…

Oxu24.com  xəbər verir ki, Donbasda atəşkəs razılaşmasına baxmayaraq, sakitlik yoxdur. Tərəflər atəşkəsə riayət edilməməsində bir-birlərinin ittiham edirlər. Facebokda isə Ukrayna Silahlı Qüvvələrinin son günlər separatçı bölgəni PUA-lardan vurulmasını əks etdirən video yayılıb. Videoya baxdıqda Azərbaycanın 44 günlük Qarabağ müharibəsindəki görüntülər yada düşür. Qeyd edək ki, ilk dəfədir ki, Ukrayna separatçı qüvvələrə qarşı bu təcrübədən istifadə edir.

 

“Donbasdakı müharibəni cəmi bir həftədə bitirmək mümkündür, amma Rusiya istəsə…İndi əsas sual Kremlin buna necə məcbur etməkdir”. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Slovakiyanın “Tyzden” qəzetinə verdiyi müsahibədə belə söyləyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ancaq güc dilindən başa düşür. “İndi əsas sual həm də Putini güzəştə getməyə məcbur edəcək belə bir güc şəraitinin necə yaradılmasıdır. Biz diplomatiya və arqumentlər dünyasında yaşayırıq. Buna görə güc əsas şərtdir” deyə, Kuleba bildirib.

Nazir deyib ki, Donbasda sülh Moskvanın istəyi olmadan mümkün deyil: “Əgər Moskva qoşunlarını geri çəkməyə qərar verərsə, münaqişə kifayət qədər asanlıqla və tez həll oluna bilər. Bunu sabah etmək mümkün olarsa, qarşıdurma bir həftəyə bitər”.

“Rusiyadakı mövcud rəhbərlik dəıyişməzsə,  münaqişə yaxın gələcəkdə bitməyəcək”. Rusiya prezidenti Putinin keçmiş müşaviri, Vaşinqtondakı Katona İnstitutunun baş tədqiqatçısı Andrey İllarionov belə deyib.  Onun sözlərinə görə, Ukrayna sülh və işğal olunmuş ərazilərin qaytarılması barədə yalnız Rusiyanın yeni rəhbərliyi ilə razılığa gələ bilər. “Bu gün belə razılaşma mümkün deyil. Dünyadakı geosiyasi vəziyyət və qüvvələr tarazlığı dəyişəndə, Kremlə beynəlxalq münasibətlərin nə olduğunu başa düşən insanlar oturduqdan sonra Donbasda razılaşma mümkün olacaq” deyə, o bilıdirib.

 

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə bəyan edib ki, ölkə ərazisində Donbass deyilən inzibati-ərazi bölgüsü yoxdur. Danilov seçki islahatına dair forumda çıxışında deyib ki, Ukraynanın heç bir hüquq sənədində “Donbass sözü yoxdur”. “Bu, Rusiya Federasiyası tərəfindən atılan bölgüdür- “donbaslılar”, “Donbass seçimi”, “Donbass diz çökməyəcək” və sairə… Biz dövlət sənədlərində buna ciddi şəkildə riayət etməliyik … Donetsk və Luqansk vilayətlərinin əraziləri üçün dəqiq adlar var, Donbass adı isə yoxdur. Belə bölgü çox təhlükəlidir” deyə, o bildirib.

MTMŞ katibi katibinin çıxışından sonra “Vikipediya” da “Donbass” sözü “Donetsk bölgəsi” ilə əvəz edilib.  Bu termini yüz il əvvəl Ukrayna Xalq Cümhuriyyətinin rəhbərləri istifadə edib.

 

“Donbass hövzəsi” adı 19-cu əsrdə Ukrayna kömür mədənlərinin istismarında üçdə bir payı olan rus dağ mühəndisi Evqraf Kovalevski tərəfindən verilib. Ərazi Donbass adlanaraq tarixə keçib.

Separatçılar və Rusiya isə hesab edir ki, Ukrayna hökumətinin və Ali Radanın sənədlərində “Donbass” ifadəsinə mütəmadi olaraq rast gəlinir. Ukrayna prezidenti Zelenskinin özü də çıxışlarında Donetsk bölgəsindən deyil, Donbasdan danışır.
Maraqlıdır ki, Donbasa əlavə olaraq Ukraynada rəsmi olmayan digər köklü ərazi adları da var. Məsələn, hazırkı Ukrayna prezidentinin doğulduğu yer Krivbass kimi tanınır.