Rusiyadan Ukraynaya açıq mesaj

  • 30.03.2021
  • 0

Rusiya ordusu Krımda təlim keçib.

Metbuat.az xəbər verir ki, təlim zamanı yerli istehsal olan “Orion-E” SİHA-ları sınaqdan keçirilib. Təlimlə bağlı yayılan görüntülərdə SİHA-nın yerdəki təyyarəni dəqiq vurduğu müşahidə edilir. Təlim zamanı uçuş aparatından atılan mərminin detalları barədə məlumat verilməyib. Qeyd edək ki, bir müddət əvvəl “Orion-E” SİHA-ları Suriyada test edilərək, Rusiya ordusunun arsenalına daxil edilib.

Mütəxəssislər Rusiyanın Krımda SİHA təlimi keçirməsinin Ukraynaya mesaj olduğunu hesab edir. Ukrayna ordusunun bölgəyə hərbi qüvvə toplaması gərginliyi artırıb.

Qeyd edək ki, türk SİHA-larının Suriya, Liviya və Qarabağdakı uğurlarından sonra Rusiya bu sahəyə diqqəti artırıb.

Nə düşünürsən?