Rusiyada dəhşətli qəza: 6 ölü, 15 yaralı

  • 10.06.2021
  • 0

Rusiyanın Sverdlovsk vilayətində avtobus qəzası baş verib.

Axar.az xəbər verir ki, sərnişin avtobusunun dayanacağa çırpılması nəticəsində 6 nəfər dünyasını dəyişib, 15 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın əyləcdə olan nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Araşdırma aparılır.

Nə düşünürsən?