Putin Rusiya xalqına müraciət etdi

  • 21.04.2021
  • 0

Putindən Qərb dövlətlərinə mesaj: "İnanıram ki, heç kim qırmızı xətti keçməyəcək."

Rusiya Prezidenti Vladimir Putin “Manej” mərkəzi sərgi salonunda Federal Məclisə illik müraciəti ilə çıxış edir.

O, öz çıxışında dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Dövlət başçısı koronavirusla mübarizədə vaksinasiya prosesinin vacibliyi məsələsinə də toxunub.

“Hazırda koronavirus əleyhinə vaksinasiya olduqca vacib prosesdir.Peyvəndlər hər kəs üçün əl çatan olmalıdır.Hər bir vətəndaşımız bu problemin həll olunmasında məsuliyyət daşıyır və mən hər kəsi bir daha peyvənd olunmağa çağırıram.Pandemiyaya qalib gəlməyin yeganə yolu budur.Əks halda gözlənilməz nəticələrlə qarşılaşacağıq.”-deyə prezident bildirib.

Qeyd edək ki, sərgi salonunda koronavirus infeksiyasının yayılmasına görə məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Mərasim boyunca jurnalistlər tibbi maskadan istifadə ediblər.

Nə düşünürsən?