Muradov Orxan Fazil oğlu düşmənin başını əzib

  • 28.12.2020
  • 0

Əziz dostlar, xahiş edirəm, videoya sona qədər baxın, əgər yardım etmək imkanınız yoxdursa, PAYLAŞIN!!! Dünyanın ən gözəl şəhəri olan #Mingəçevirin QAZİsinə sahib çıxaq. Heydər Əliyev Fondundan və Regional İnkişaf - RİİB-dən xahiş edirəm, qazimizə dəstək olsunlar. Muradov Orxan Fazil oğlu sonuncu Vətən müharibəsində ön cəbhədə döyüşüb, düşmənin başını əzib, axıra qədər savaş meydanında dığalara qan uddurub, sonda özü Qubadlıda gedən döyüşlərdə ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hərbi Hospitalda ilkin yardım göstərilib və qeydiyyatda olduğu Mingəçevir şəhərinə göndərilib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası isə "bizdə sığorta sistemidir, sənin buralıq işin yoxdur" deyib, Qazimizi taleyin ümidinə buraxıblar. Hüquqi baxımdan deyə bilmərəm, bəlkə də, haqlıdırlar, bəs mənəvi olaraq necə? İstisna olaraq yaralı qazilərə xidmət göstərmək mümkün deyildimi? 15 gündür bu adamın sarğısı dəyişmir, dava-dərman çatışmış, ailə kasıb, ev bərbad, nə etməlidir bu adam? Səhiyyə Naziri, sənə deyirəm, hardasan? Utanırsanmı? Bunu da Prezident sizə öyrətməlidir? Ayıb deyilmi? Bu gənc həyatını Vətən üçün fəda edib, Ali Baş Komandanın əmri ilə düşmən üzərinə şığayıb, indi nə edək? Necə edək? Buraxaq günlərini saysın? Bütün iş adamlarından, Mingəçevirdə olan dostlarımdan xahiş edirəm - GƏLİN ORXANA SAHİB ÇIXAQ. İstəyirsiniz kampaniya kimi başa düşün, istəyirsiniz əlaqləndirici kimi, əsas odur, siz dəstək olmaq istəyin, biz o dəstəyi Qazimizə çatdırarıq. Qısa zamanda bizim nümayəndələr Orxana baş çəkəcək, zəruri ehtiyacları qarşılanacaq. Mingəçevirdə olan dəyərli həkim dostlarımdan xahiş edirəm, köklü dəstək gələnə qədər təcili Orxanın sarğısının intensiv dəyişilməsinə, dava-dərman təminatına yardımçı olsunlar. Qazilərimiz, şəhid qardaşlarımızdan bizə qalan əmanətdir... 07 dekabr 2020 tarixli qeyd: Əziz dostlar, dəyərli mingəçevirlilər. TƏBİB rəsmiləri mənlə əlaqə saxladılar. #Mingəçevirdə olan Qazimiz Muradov Orxan Fazil oğluna xüsusi tibb bacısı ayrılacaq və mütəmadi diqqət göstəriləcək. TƏBİB rəhbəri Ramin Bayramlıya operativ reaksiyaya görə təşəkkür edirəm. Qazilərimiz, şəhidlərimizdən bizə qalan əmanətlərdir, onları qorumalıyıq. Artıq şəhər icra hakimiyyətinin nümayəndələri də Qazimizə baş çəkir, xüsusi diqqətdə saxlayırlar. #BizBirlikdəGüclüyük

Nə düşünürsən?