Ermənistanda xaos hökm sürür

  • 15.06.2021
  • 0

Ermənsitan vətəndaş müharibəsinin astanasındadır. Ölkə daxilində gedən siyasi proseslər əhali arasında qarşıdurmalara səbəb olub. Rəsmi İrəvan vəziyyəti nəzarətdə saxlaya bilmir.

Əlavə olaraq insanların sosial problemləri və ölkədəki iqdisadi böhran vəziyyəti daha da gərginləşdirir. Döyüş meydanında məğlub olan dövlət, sosial iqdisadi və siyasi arenada məğlubiyyət nümayiş etdirməyə davam edir.

Ermənistanın bu fonunda Azərbaycanın necə göründüyünü isə müqayisə etmək çətindir. Rəsmi Bakı böyük qayıdış nümayiş etdirir. Azad olunan ərazilərində ifrastruktur layihələri yaradılır, bu əraziləri bərpa edilir, regionda yeni reallıqlar formalaşır.

Ekspertlərin fikrincə Ermənistanın tək çıxış yolu rəsmi Bakıdır. Ermənistan xilas olmaq istəyirsə Azərbaycanla dil tapmalıdır. Regionun aparıcı dövləti olaraq Azərbaycan, nəhəng layihələr reallaşdırır. Vaxtı ilə işğal altında saxladığları torpaqları sülh yolu ilə versəydilər, bəlkədə indi belə acınacaqlı vəziyyətlə üzləşməzdilər. Necə deyərlər özü yıxılan ağlamaz.

REAL