Ermənistan vətəndaş müharibəsinə doğru

  • 09.02.2021
  • 0

Seçkilərin keçirilməsi ölkəni vətəndaş müharibəsi həddinə gətirə bilər İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda, daxili siyasi vəziyyət günü gündən gərginləşir. İqtidarla müxalifət arasında hakimiyyət uğrunda ciddi mübarizə gedir. Yaranmış vəziyyətdən hətta "siyasi ölülər"də istifadə edib müəyyən üstünlük qazanmağa çalışırlar. Onların sırasında Robert Koçaryan xüsusi aktivliyi ilə seçilir. 2008-ci il mart hadisələrinə görə həbs edilən keçmiş prezident Rusiyaya səfər edib və “Sputnik” agentliyi vasitəsilə öz mesajlarını ictimaiyyətə çatdırıb. “Mən böyük siyasətə geri döndüm” deyən Koçaryan öz ölkəsi üçün nə isə edə biləcəkmi? Bu sualı cavablandıran millət vəkili Rufiz Qonaqov hazırda Ermənistanda əhalinin 80-85 faizinin heç bir siyasi qüvvəyə, o cümlədən Koçaryana inanmadığını deyir. Erməni əhali Paşinyanla yanaşı, heç bir digər sabiq liderə də inanmır. Onlar müharibədə məğlubiyyətin günahkarı kimi Paşinyanı deyil, məhz "Qarabağ klanı"nı, Koçaryanı və Sarkisyanı ittiham edirlər. Xalq düşünür ki, əvvəlki hakimiyyət 25 ildə heç nə etmədi, Paşinyan isə son iki ildə öz provokasiyaları ilə münaqişəni bu həddə gətirib çıxardı. Ermənistanın bu acınacaqlı vəziyyətdən yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal əlaqələrdən, 3+3 formatında iştirakdan keçir. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, özünün işğalçılıq, terrorçuluq əməllərindən əl çəkməlidir. Bu olmayacaqsa orada xaos hər ötən gün daha da dərinləşəcək və Ermənistanın bir dövlət kimi mövcudluğu sual altına düşəcək. REAL

Nə düşünürsən?