Bayden və erməni lobbisi

  • 22.04.2021
  • 0

Birləşmiş Ştatlar Prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırımı” ifadəsini işlətməyəcək. O, dövlət maraqlarını erməni lobbisinin maraqlarına qurban verə bilməz.

Bunu millət vəkili, politoloq Elşad Mirbəşiroğlu deyir. O, qeyd edir ki, məsələyə Türkiyə ilə Birləşmiş Ştatlar arasında hazırki münasibətlər konteksindən yanaşanda, soyqırımı ilə bağlı ABŞ prezidentinin müəyyən ifadələr işlədəcəyini güman etmək olar. Amma bununla belə Bayden konkret olaraq soyqırımı ifadəsini işlətməkdən çəkinəcək.

Digər tərəfdən erməni lobbisinin Amerika Birləşmiş Ştatlarında gücünü də nəzərə almaq lazımdır. Xüsusi ilə erməni lobbisi ilə demokratlar arasında həmişə sıx əlaqə və əməkdaşlıq mövcud olub. Hətta bəzən erməni icmasının konqresə dirijorluq etdiyini, burada olan demokratlar üzərində çox ciddi təsir rıçaqlarına malik olduğunu da deyirlər. Bir çox hallarda ermənilərin saxta iddialarına dəstək də məhz lobbinin nəzarətində olan konqresmenlər tərəfindən verilir. Bu baxımdan bəzi ehtimallar üçün ilkin şərtlər yaranır. Lakin bütün bunlara rəğmən, ekspertlər ABŞ-ın sağlam məntiqə sığınaraq milli maraqlarından çıxış edəcəyinə və Türkiyə kimi bir tərəfdaşına qarşı haqqsızlıq etməyəcəyinə inanırlar.

Qeyd edək ki, hər il aprelin 24-də Birləşmiş Ştatlar Prezidentləri qondarma “erməni soyqırımı” ilə bağlı müraciət səsləndirir. Erməni lobbisi hər dəfə bu "soyqırımına" rəsmi status qazandırmağa çalışsa da, prezidentlər bu günü müxtəlif adlarla adlandırırlar. Bir sözlə ermənilərin saxta iddialarla beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdləri boşa çıxır.

REAL

Nə düşünürsən?