Natavan əri Dado ilə yenidən barışdı - Evlərindən video

  • 30.03.2020
  • 0

Müğənni Natavan Həbibi oğlu Zeyd Əli və həyat yoldaşı, reper Dadonun (Səid) yeni görüntülərini paylaşıb.

BiG.AZ xəbər verir ki, sənətçi ötən günlərdə reperlə danışmağını desə də, onun videosunu paylaşması izləyicilərini təəccübləndirib.

Sosial şəbəkə istifadəçiləri cütlüyə “Nə yaxşı barışdınız” kimi şərhlər yazıblar.

Qeyd edək ki, N.Həbibi və Dado 2017-ci ildə ailə qurub. Onlar daha sonra boşandığını açıqlasa da, yenidən barışıb. Cütlüyün oğlu ötən ilin mayında dünyaya gəlib.

Nə düşünürsən?