Aynişanın başına Misirdə oyun açdılar

  • 17.11.2023
  • 0

Dincəlmək üçün bu dəfə Misirin Şarm Əl-Şeyx şəhərinə yollanan Aynişan Quliyeva orada bir çox sərgüzəştlərlə üzləşib.

Manset.az  publika.az-a istinadən xəbər verir ki, tətil fotolarını instaqramda paylaşan influenser Misiri çox bəyəndiyini qeyd edib.

"Misir çox fərqlidir... çox sehirlidir və bütün günü yuxum gəlir", - Aynişan paylaşımına qeyd edib.Həm dayvinq, həm də safari turuna çıxan Aynişan Misirdə başına iş gəldiyini də deyib. O, safari turunda ciddi problemlə üzləşdiyini qeyd etsə də, nə baş verdiyini açıqlamayıb. İnfluenser sadəcə hadisənin səbəbkarının yol yoldaşı, aparıcı Nərmin Knyazın səbəb olduğunu vurğulayıb."Nərmin Knyaz bir şey etiraf edəcək, xahiş edirəm yazın, tələb edin o etirafı... Xalq bilməlidir ki, bu videodan sonra başıma nə oyun açıb Nərmin", - A.Quliyeva qeyd edib.