Tehranda göydən badımcan yağdıranlar tutuldu

  • 17.03.2020
  • 0

İran paytaxtı Tehranda göydən badımcan yağdıranlar saxlanılıb. Cebhe.info xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Nəşrin yazdığına görə, sosial şəbəkələrdə göydən badımcan yağmasını əks etdirən videoçarx paylaşılıb və polis hərəkətə keçib. Qısa zamanda şəxslərin kimliyi müəyyənləşdirilib. 

Onlar etiraf ediblər ki, xüsusi effektlər vasitəsilə belə videoçarxlar hazırlanıb. Videoçarxlardan biri təsadüfən sosial şəbəkəyə "düşüb". Onlar hansısa qrup və ya hərəkatda təmsil olunmadıqlarını bildiriblər.

İrna da xəbəri təsdiqləyib. Ancaq şəxslərə qarşı məhz hansı iitiham irəli sürüldüyünü dəqiqləşdirməyib. 

Videoçarxlardan birində Tehrandakı məşhur “Bürc-Milad"ın fotosundan istifadə olunub. Görüntüdə göydən qəfildən badımcan yağdığı göstərilir.

Nə düşünürsən?