Xatirə İslamın ailəsində özəl an

  • 28.02.2020
  • 0

Məşhur müğənni Xatirə İslamın ailəsindən şad xəbər var.

BiG.AZ xəbər verir ki, müğənni tezliklə bibi olacaq. Bu barədə Xatirənin qardaşı Tural və həyat yoldaşı Zümrüd instagram hesablarında post paylaçaraq açıqlama veriblər:

"Çoxunuzun təxmin etdiyi şey - Junior Tural gəlir. Bu uşaq ayaqqabısı mənim üçün çox dəyərlidir. Hələ Tural dördüncü kursda, mən isə ikinci kursda oxuyurarkən universitetimizdə sərgi keçirilirdi. Sərgidə xeyriyyə məqsədi ilə belə şeylər satılırdı. Gördüyünüz bu uşaq ayaqqabısı gözdən əlil gənc bir qız tərəfindən toxunmuşdu. Biz də bu sərgidən yan keçmədik. Tural da bunu mənə hədiyyə almışdı ki, zamanı gələndə öz uşağımıza geyindirərik. Nəhayət, o günə artıq çox az qaldı. Bunu sizinlə bölüşməyin zamanı gəldiyini düşündük".

Nə düşünürsən?