Avtobus dayanacağa çırpıldı: ölənlər var

  • 29.12.2017
  • 0

Rusiyanın paytaxtı Moskvada sərnişin avtobusu növbəti faciəyə səbəb olub. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, avtobus Sxodnensk küçəsindəki dayanacaqdakı sərnişinləri əzib. Hadisə zamanı azı 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Qəzanın səbəbləri məlum deyil. Qeyd edək ki, dekabrın 25-də Moskvada sərnişin avtobusunun metro keçidinə girməsi nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Nə düşünürsən?