Gənc oğlan metroda "koronavirus zarafatı" etdi

  • 11.02.2020
  • 0

Moskvada maraqlı hadisə qeydə alınıb.

Unikal.org xarici KİV-nə istinadən xəbər verir ki, tibbi maska taxan gənc metroda insanların arasında yerə yıxılıb. Yerdə titrəyən gənci görən digər sərnişinlər ondan uzaqlaşmağa başlayıb. Qatarın qapılarının açılması ilə insanlar vaqonları tərk edib.

Alexei Popov adlı sərnişinin məqsədinin zarafat etmək olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb. Gənc verdiyi ifadəsində heç kimin tibbi maska taxmadığına işarə etmək üçün bu zarafatı etdiyini bildirib.