Dəhşətli yanğında ana və 6 uşağı öldü

  • 09.02.2020
  • 0

ABŞ-ın Missisipi ştatında baş verən yanğın nəticəsində ana və 6 uşağı həyatını itirib.

Evdə qeydə alınan hadisə zamanı ailə başçısı isə xəsarət alıb. Məlumata görə, hadisə gecə saatlarında baş verdiyindən ailə üzvləri yuxuda olub.

Əraziyə cəlb edilən xilasedicilərin və yanğınsöndürənlərin səyləri isə ciddi tələfatın qarşısını ala bilməyib. Hadisənin səbəbləri araşdırılır.

Publika.az

Nə düşünürsən?