Zəlzələdə ölənlərin sayı 14-ə çatıb

  • 25.01.2020
  • 0

Sağ qalanların axtarış-xilasetmə əməliyyatları davam edir

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

6,8 bal gücündə Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, Malatyada isə 4-ə çatıb. Ümumilikdə 1030 nəfər  yaralanıb.

Elazığda 5 və Malatyada 25 bina bina çöküb. Dağıntılar altında qalan 30 nəfəri xilas etmək üçün işlər davam etdirilir.

AFAD zəlzələsi və xilasetmə işləri haqqında məlumatları daim yeniləyir.

REAL

***

10:35

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

REAL-ın Türkiyə Bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.

***9:35

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. 

REAL Türkiyə kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. 

Süleyman Soylu qeyd edib ki, zəlzələ nəticəsində 553 nəfər xəsarət alıb. Nazir bildirib ki, Elazığda 13 nəfər, Malatyada isə 5 nəfər dünyasını dəyişib.

Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.

***01:36

Türkiyənin şərq regionunda baş vermiş rixter cədvəli ilə 6.8 bal gücündə zəlzələ nəticəsidə ölənlərin sayı 14-ə çatıb.

225 nəfərin yaralandığı bildirilir.

Elazığda 8, Malatyada 6 nəfər ölüb.

Ölən və yaralıların sayının artması ehtimalı yüksəkdir.

Təbii fəlakət zamanı bir neçə bina tamamilə və ya qismən dağılıb.

Xilasedicilər dağıntılar altında sağ qalan insanların axtarış əməliyyatlarını davam etdirirlər.

Zəlzələnin episentri Sivricə rayonunda 6.7 kilometr dərinlikdə qeydə alınıb.

Daha sonra 5.4 və 5.1 bal gücündə əlavə təkanlar müşahidə olunub.

Zəlzələ, eyni zamanda, paytaxt Ankara və digər bir neçə vilayətdə də hiss edilib.

Zəlzələdən sonra zərər görmüş yaşayış binalarından birində partlayış olub.

Hadisənin qaz sızıntısı səbəbindən meydana gəldiyi bildirilir.

Partlayışdan sonra binada yanğın baş verib.

Partlayış nəticəsində xəsarət alanlarlın olub-olmadığı hələlik məlum deyil.

Nə düşünürsən?