Qəza törədən sürücü: Şeytandan qaçırdım

  • 11.01.2020
  • 0

İspaniyanın Toledo şəhərində idarəetmədən çıxan avtomobil ağır qəza törədib.

Xarici KİV-lər xəbər verir ki, nəqliyyat vasitəsi kilsənin içinə daxil olub. Zərbənin təsirindən kilsənin qapısı və oturacaqlar sıradan çıxıb. Polis tərəfindən nəzarətə götürülən sürücü qəza barədə maraqlı açıqlama verib: "Şeytandan qaçırdım. Ondan gizlənirdim. İdarəetməni itirdim, qəza baş verdi”.

Hadisə zamanı tələfat qeydə alınmadığına görə sürücünün ağır cəzaya məruz qalmayacağı bildirilir./publika.az

Nə düşünürsən?