Argentinada etiraz aksiyasında xəsarət alanların sayı 162 nəfərə çatıb

  • 19.12.2017
  • 0

Argentinanın paytaxtı Buenos-Ayresdə pensiya islahatlarına etiraz edənlərin keçirdiyi aksiyada xəsarət alanların sayı 162 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Todo Noticias" məlumat yayıb. Nəşrin məlumatına görə, 162 nəfərə tibbi yardım göstərilib. Onların 80 nəfərindən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bundan əlavə, polis 81 nəfəri saxlayıb.

Nə düşünürsən?