ABŞ-da sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

  • 18.12.2017
  • 0

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb. Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir. İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.

Nə düşünürsən?