Kaliforniyada təbiət yanğını, 6 mindən çox insan evakuasiya edildi

  • 27.11.2019
  • 0

ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara şəhərinin yaxınlığında baş verən təbiət yanğını 6,3 mindən çox yerli sakinin evakuasiyasına səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” xəbər verib.

Yanğın 16 kv.km.-lik ərazini əhatə edib. Los-Padres milli qoruğunda başlayan yanğının alovu Santa-Barbaraya tərəf yayılıb. Ümumilikdə 2,4 mindən çox ev və digər tikililər təhlükə altında qalıb. Yanğının söndürülməsində 600-dən çox xilasedici iştirak edir.

Bu rayonda 1,4 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb. Səhər saatlarında başlayan güclü külək yanğının söndürülməsinə mane olub. Bundan başqa, təxminən 14 minə yaxın evdə təhlükəsizlik məqsədi ilə elektrik enerjisinin verilişi dayandırıla bilər.

Nə düşünürsən?