Türkiyə kino tarixində ilk - Haluk Bilginer “Emmy” mükafatı aldı

  • 27.11.2019
  • 0

Dünən Nyu-Yorkda 47-ci Beynəlxalq "Emmy” mükafatlarının builki təqdimat mərasimi keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, "Ay Yapım”ın "PuhuTV” internet kanalında yayımlanan və 12 hissədən ibarət "Şahsiet” serialının baş rol ifaçısı Haluk Bilginer nüfuzlu kino mükafatlarının təqdimetmə mərasimində "Ən Yaxşı Aktyor” nominasiyasına layiq görülüb.

Bununla da aktyor Türkiyənin Beynəlxalq "Emmy” mükafatı qazanan ilk türk aktyoru kimi tarixə düşüb.

"Ay Yapım”ın prodüserliyi ilə çəkilən "Şahsiet” serialının ssenarisini Hakan Gündayın yazıb, rejissorluğu isə Onur Saylak həyata keçirib./publika.az

Nə düşünürsən?