Qubada vəzifəli şəxs həbs edildi

  • 21.11.2019
  • 0

Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra edən Dəstəbəy Tərlanov saxlanılıb.

APA TV-nin məlumatına görə, D.Tərlanovun xidməti səlahiyyətlərini aşmaqla fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanıb.

O, Quba bələdiyyəsinə məxsus 2,5 sot torpaq sahəsini bələdiyyə fondununun sahəsi kimi rəsmiləşdirib, rayon sakinindən 1750 manat rüşvət alaraq ona evinin həyətyanı sahəsi kimi satıb. Bundan başqa D.Tərlanovun ayrı-ayrı tanışlarına hərrac və müsabiqə keçirilmədən bələdiyyəyə aid 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarıb.  

Sadalananlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. D.Tərlanov barəsində həbs qətimkan tədbiri seçilib.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nə düşünürsən?